
Video: Subaruya təkər əvəzinə mişar disklər taxıldı
Subaruya təkər əvəzinə mişar disklər taxıldı
Universal Subaru Legacy taxta kəsən mişarın diskləri ilə donmuş göl üstündə sürüldü.
Beyond the press-in Youtube kanalında Subaru Legacy -nin disk təkər əvəzinə taxta kəsən mişarın diskləri ilə donmuş buz üstündə test yürüşü baş tutub. Avtomobili hətda 60 km/s kimi sürmək mümkün olub.
Subarunun üstünə taxılan disklərin diametri 13 millimetr qalınlıqda olub. Əvvəl avtomobil buzun üstündə test edildi, lakin diskin dişləri buza 25 millimetr derinliyinə girdiyinə görə avtomobilin sürətini çox qaldırmaq mümkün olmadı. Sonradan Subarunu qumlu yolda sürüldü və bir neçə dəfə yuxuşa qaldırıldı.