For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Toyota Highlander 2019-2020

4 / 5 200

Avtomobilə baxış

Toyota Highlander 2019-2020 yeni banda 17 aprel 2019-cu ildə New York International Auto Show avtomobil şousunda rəsmi təqdimatı keçirilib. Yeni 4-cü nəsil krossoverin təsvirində – xəbərlər, şəkil və video, qiymət və komplektasiya, texniki göstəricilər. Yeni Toyota Highlander 2019-cu ilin sonu amerikanın bazarında satışa çıxacaq və qiyməti 42 000 dollar olacaq, Toyota Highlander Hybrid modeli isə 2020-ci ilin fevral ayında çıxması planlaşdırılır.

İstehsal tarixi:2019-2020
Qiymət:42 000 $
Ban növü:SUV
Mühərrik:3.5 V6 / 2.5
Sürətlər qutusu:8 pilləli avtomatik
At gücü (HP):299
Fırlanma anı (Nm):357
Uzunluğu:4950 mm
Baqaj həcmi:456 L
Like

Bəyənirik

  • Qiymət
  • Geniş salon
Dislike

Bəyənmirik

  • Radiator barmaqlığı

Yeni nəsil Toyota Highlander 5 komplektasiyada təklif olunur. Toyota Highlander L standart olaraq “Toyota Təhlükəsizlik Sense 2.0” təhlükəsizlik sistemləri, 18 düymlük yüngül lehimli disklər, LED  faralar, diodlu uzunsov arxa faralar, açarsız giriş üçün Smart Key sistemi, bütün qapılarda avtomatik şüşəqaldıranlar, 4,2 düymlü rəngli çoxfunksiyalı ekran, üç zonalı klimat-kontrol, 8 istiqamətdə tənzimlənən elektrik sürücü oturacağı, 8 düymlük sensorlu multimediya sistemi olan monitor, 3 sıralı oturacaqlar (2+3+3) ilə təchiz olunub.

Toyota-Highlander-2019-2020-6

Toyota Highlander LE modeli baqaj qapısının elektrik olması ilə sevindirir və eləcə də Blind Spot Monitor sistemi, dəri sükan və dumana qarşı LED işıqları ilə təmin edilib.

Daha zəngin olan Highlander XLE modelində isə yuxarıda qeyd olunan avadanlıqlardan əlavə, 10 istiqamətdə sürücü və 4 istiqamətdə ön sərnişin oturacaqlarının elektrik tənzimlənməsi vardır. Bundan başqa üstünlükləri: ön oturacaqların isidilməsi, 7 düymlük informasiyalı ön panel ekranı, faraların uzaq məsafəli işıqlarının avtomatik tənzimlənməsi, elektrikli lyuk, dəri salon və damda olan duqaların olmasıdır.

Toyota-Highlander-2019-2020-9

Toyota Highlander Limited yalnız L, LE və XLE komplektlərinə quraşdırılmış avadanlıq deyil, eyni zamanda xüsusi dizaynı olan 20 düymlük yüngül lehimli disklər, salonun LED işıqlandırması, ön oturacaqların isidilməsi və ventilyasiyası, yaddaşlı sürücü oturacağı, bej, boz və ya qara rəngdə dəri oturacaqlar, təbii ağac və alüminiumdan dekorativ elementlər, JBL audio sistemi, multimedia və naviqasiya sistemi mövcuddur.

Sadaladığımız komplektasiyalardan tam üstünü olan Toyota Highlander Platinuma əlavə olunmuşdur: 12,3 düymlük multimedia ekran, platin dizaynlı 20 düymlük disklər, adaptiv LED faralar, Digital display rear view mirror, Head-up display, hər iki ön oturacaqların isidilməsi, oturacaqların perforasiyalı dəri üzlükləri, panoramik şüşə tavan və darirəvi baxış sistemi.

Video

Qalereya


Dizayn
80%
Qiymət
90%
Mühərrik və transmissiya
90%
Dinamika
75%
Yanacaq sərfiyyatı
90%
Təhlükəsizlik
95%
Nəticə

Münasib qiymətə geniş və komfortlu SUV

Top