For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Hyundai ilk idman krossoverini təqdim edib

4 / 5 164

Avtomobilə baxış

Hyundai şirkəti N Line idman xəttinin ilk krossoveri Tucson modelini təqdim edib. SUV asqının və sükan mexanizminin xüsusi tənzimləmələrinə, həmçinin eksteryer və interyerin xüsusi dekor elementlərinə sahib olub.

İstehsal tarixi:2019
Ban növü:SUV
Like

Bəyənirik

  • İnteryer
  • Dinamika
  • Aqresiv dizayn
Dislike

Bəyənmirik

  • Mühərrikin kiçik olması

Yenidən qurulan asqı avtomobili daha «idman» yönümlü edib. Bunu etmək üçün, N Line versiyasında digər yaylar istifadə olunub: ön yaylar səkkiz, arxa yayları isə beş faiz daha sərtdirlər. Eləcə də, elektrik sükan gücləndiricisinin proqram təminatı yenilənib.

Yeni Hyundai Tucson N Line

Yeni Hyundai Tucson N Line digər bamperləri, qara torlu radiator barmaqlığı və 19 düymlük diskilə ilə daha aqressiv və brutal görsənir. Yan güzgülər və arxa spoyler «qara parıltılı» rəngə boyanıb. Salon öz növbəsində dəri və zamşa ilə üzlənib, pedalların üzərində aliminium örtüklər taxılıb, sürətlər qutusunun idarəetmə qolu isə N Line xəttinə məxsusdur.

Mühərrik çeşidi gücü 136 – 185 at gücü arasında olan üç mühərrikdən ibarətdir. Avropada N Line üçün təklif olunan , 1.6 və 2.0 litrlik CRDi dizelləri, həmçinin 177 at gücündə 1.6 litrlik T-GDI benzin turbo mühərrikdir. Mühərrik seçimindən asılı olaraq, ötürmə öndən və tam çəkişli ola bilər. Transmissiyalar – altı pilləli mexaniki, yeddi pilləli «robot» və ya səkkiz diapazonlu «avtomatik» qutulardır.

Video

Qalereya


Dizayn
70%
Mühərrik və transmissiya
60%
Dinamika
80%
Təhlükəsizlik
75%
Nəticə

Gözəl sport SUV

Top