For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

Chevrolet Trailblazer 2019

4 / 5 101

Avtomobilə baxış

Chevrolet Trailblazer 2019 rəsmi 16 aprel 2019-cu ildə Shanghai Auto Show avtomobil şousunda təqdimatı keçirilib. Yeni nəsil Chevrolet Trailblazer təsvirində – xəbərlər, şəkillər, komplektasiya və texniki göstəricilər.

İstehsal tarixi:2019-2020
Ban növü:SUV
Mühərrik:1.3 Turbo / 1.5 Turbo
Sürətlər qutusu:6 pilləli avtomatik
Uzunluğu:4465 mm
Eni:1791 mm
Hündürlüyü:1600 mm
Təkər bazası:2640 mm

Chevrolet-Trailblazer-2019-2020-5-min

İlkin məlumatlara görə, Chevrolet Trailblazer-in yeni modeli bu ilin sonu Çin bazarına satışa çıxacaq. Avtomobilin qiyməti istehsalçı tərəfindən yayılmayıb və satışa çıxana yaxın bilinəcəyi bildirilib. Avtomobil 1.3 Turbo və 1.5 Turbo mühərrikləri ilə və 6 pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunacaqdır.

Chevrolet Trailblazer 2019-2020 krossoverinin uzunluğu 4465 mm, 1791 mm eni, 1600 mm hündürlüyü və 2640 təkər bazasıdıdır. Standart olaraq 17-lik disklər və 225/60 R17 təkərlər nəzərə tutulub. 18 düymlük disklər əlavə konfiquratorda təklif olunacaq. Yeni Chevrolet Trailblazer alıcılar üçün standart və idman üslüblu Redline versiyasında təqdim ediləcək (əsas şəkil krossoverin idman versiyasını göstərir).

Təəssüf ki, jurnalistlər və qonaqlar avtomobil şousu zamanı yeni Chevrolet Trailblazerin salonunu nəzərdən keçirə bilməyiblər. Krossoverin qapıları qapalı və şüşələri tam rəngli olub. Lakin, istehsalçı kompakt krossoverin ən lazımlı avadanlıqlarla müasir və yüksək keyfiyyətli interyer əldə edəcəyini təmin edəcəyini bildirib. Belə ki, alıcılara böyük rəngli sürət göstərici ekran, 8 düymlük sensor ekranlı (Apple CarPlay və Android Auto, 4G LTE, Wi-Fi, naviqasiya, arxa görüntü kamerası), multimediya sistemi, ön və arxa oturacaqlrın isidilməsi, eləcə də bir sıra elektron təhlükəsizlik sistemləri və köməkçiləri olacaqdır.

Qalereya


Dizayn
80%
Mühərrik və transmissiya
60%
Nəticə

Top