
26 il qarajda qalan Zaparojets
1992-ci ildə SSSR höküməti tərəfindən bu Zaporojets avtomobilini hədiyyə alan Ukrayna veteranı əlillik qüsuru olduğundan avtomobili idarə edə bilməyib. Avtomobil 1992-ci ildən bu günlərə qədər bağlı bir qarajda unudulub. Bu günlərdə veteranın yaxın qohumu qarajı açıb və toz torpaq içində cəmi 107 km yol getmiş ZAZ968MD modelini aşkarlayıb.
Qaraj quru və havalı olduğundan avtomobil karroziyaya uğramayıb və zavoddan yeni çıxmış kimi ideal vəziyyətdə qalıb. Mövzunun bir maraqlı tərəfi də odur ki, 26 ildən sonra avtomobil işə düşüb, ancaq 30 saniyyədən sonra sönüb və yenidən işə düşməyib. Maşının yanacaq sistemi təmizlənəndən sonra işə salınıb və yuyucuya aparılıb.
Gördüyünüz bu Zaporojets avtomobili 41 at gücündə olan 1.2 Litr, 4 silinderli V-formalı mühərriki ilə təhciz olunmuşdur. Avtomobilin çəkisi 840 kq, sürətlənməsi isə 0-100 – 32 saniyədir.
15 aprel 1994-ci ildə Zaporojets avtomobil zavodunun ZAZ968M modelinin istehsalı dayandırılıb.